Tap.az のアプリ分析 12月6日
Tap.az
- Digital Classifieds OU
- Apple App ストア
- 無料
- ショッピング
Tap.az – Azərbaycanda onlayn alqı-satqı üçün bir nömrəli pulsuz elanlar saytıdır! İstifadə etmədiyiniz əşyaları satın və ya arzuladığınız məhsulu ucuz qiymətə tapın. Hər bir elan minlərlə potensial müştəri tərəfindən dəyərləndirilir. Tap.az, Azərbaycan üzrə ən böyük elanlar bazasına malikdir. İstər yeni bir avtomobil, istərsə də ən son model iPhone axtarırsınızsa, doğru ünvandasınız.
Niyə Tap.az?
Asan və sürətli: Tətbiqdən istifadə çox rahatdır. Sadə interfeys və cəmi bir neçə kliklə qeydiyyat prosesi. Axtardığınız məhsulu rahat filtrlərlə anında tapmaq imkanınız var! Elan yerləşdirmək isə çox sadədir.
Sərfəli alış-veriş: Mağazalardan daha sərfəli təkliflər! Burada ikinci əl və yeni məhsulları ucuz qiymətə satın. Bir çox elan tamamilə pulsuz yerləşdirilir. Həmçinin gündəlik endirim və xüsusi təklifləri də izləməyi unutmayın.
Geniş kataloq və minlərlə təklif: Geniş kataloq sayəsində axtardığınız hər şeyi bir yerdə tapa bilərsiniz. Hər gün yenilənən minlərlə aktiv elanlar da sizi gözləyir.
Əsas kateqoriyalarımız:
Nəqliyyat
Xəyalınızdakı avtomobil burada. Hər büdcəyə uyğun yeni və işlənmiş maşın elanları. Nəqliyyat üçün ehtiyat hissələri və aksesuarlar bölməsində axtardığınız hər şeyi Tap.az-da tapın.
Daşınmaz əmlak
Yeni bir ev və ya mənzil axtarırsınız? İstənilən növ daşınmaz əmlak burada satılır və ya kirayə verilir. Hər zövqə uyğun bina evləri və ya həyət evləri üçün Tap.az-a üz tutun.
Elektronika və məişət texnikası
Ən son model Samsung və iPhone! Hər növ elektronika, telefonlar və məişət texnikası bir məkanda. Axtardığınız smartfon modelini asanlıqla tapın.
Ev və bağ üçün
Evinizi yeniləmək üçün hər şey: mebel, dekor və bağ ləvazimatları. Bir sözlə, ev və bağ üçün müxtəlif kateqoriyalı məhsulları buradan alın.
Şəxsi əşyalar
Qarderobunuzu yeniləyin! Dəbli geyim və aksesuar modelləri ilə tanış olun. Şəxsi əşyalar bölməsində hər zövqə uyğun məhsul çeşidləri ilə stilinizi yeniləyin.
Uşaq aləmi
Hər yaşda uşaq üçün lazım olan müxtəlif əşya və məhsullar: geyim, oyuncaqlar, arabalar və s.
Heyvanlar
Sevimli dostunuzu tapın və ya ona yeni sahib axtarın. Tap.az-da müxtəlif heyvanlar üçün qida və ləvazimatlar mövcuddur.
İş elanları və xidmətlər
Karyeranızı bizimlə qurun! Hər gün yenilənən yüzlərlə iş elanları arasından özünüzə uyğun olanı seçin. Peşəkar xidmətlər və biznes təklifləri ilə yeni müştərilər qazanın. Sizin üçün uyğun iş mütləq tapılacaq.
Hobbi və asudə
Asudə vaxtınızı daha maraqlı edin. İdman, musiqi, kolleksiya və səyahətlə bağlı olan elanları Tap.az-ın müvafiq bölməsində izləyin.
Mağazalar
Onlarla tanınmış mağazalar artıq Tap.az platformasında öz məhsullarını təklif edir. Brend məhsulları sərfəli qiymətə əldə edin.
Tap.az tətbiqini indi yükləyin və milyonlarla istifadəçidən ibarət böyük pulsuz elanlar platformasına qoşulun. Hər şey sizin üçün bir ünvanda!
ストアランキング
ストアランキングは、GoogleとAppleが設定した複数のパラメータに基づいています。
業界別 ウェブサイトカテゴリーで
米国--
ショッピングで
米国--
アカウントを作成して平均月間ダウンロード数を見るお問い合わせはこちら
Tap.az時間の経過に伴う ランキングの統計
Similarwebの使用ランクとTap.az向けApple App ストアランク
ランキング
ご利用可能なデータがありません
12月 6, 2025