12月8日 的 e-Tabib 應用程式分析
e-Tabib
- Data Processing Center of the Ministry of Communications and High Technologies
- Apple App Store
- 免費版
- 健康與健身
e-Təbib – Sağlamlıq məlumatlarınıza hər zaman və hər yerdə rahat çıxış imkanı!
e-Təbib tətbiqi Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilərin səhiyyə məlumatlarına asan və təhlükəsiz çıxışı təmin edən bir platformadır.
Tətbiqin əsas funksiyaları və üstünlükləri:
Laborator analiz nəticələri: TƏBİB-in tabeliyindəki tibb müəssisələrində verilən laborator analizlərin nəticələrini asanlıqla əldə edin və digər tibb müəssisələrindən olan nəticələri də tətbiqə yükləyin;
İnstrumental və diaqnostik müayinələr: Müayinə nəticələrinə tətbiq vasitəsilə baxın və onları idarə edin;
Tibb müəssisələrinə müraciətlərin tarixçəsi: Əvvəlki müraciətlərinizi izləyin, diaqnozlar və göstərilən tibbi xidmətlərlə tanış olun;
Göndərişlər: Dövlət tibb müəssisələri tərəfindən təqdim edilən göndərişlər ilə tanış olun, gösdərişlə gedəcəyiniz özəl tibb müəssisəsini seçin və onların statusunu izləyin;
Onlayn növbə: Tibb müəssisəsinə əvvəlcədən növbə götürərək vaxtınıza qənaət edin;
Ailə həkimi: Ailə həkiminizin məlumatları ilə tanış olun;
Övladlarım bölməsi: Övladlarınızın tibbi məlumatlarına, analiz nəticələrinə və digər vacib sənədlərinə bir toxunuşla baxın;
Tibb müəssisələri: TƏBİB tabeli tibb müəssisələrinin siyahısı və xəritədə yerləşməsi ilə tanış olun və olduğunuz yerə yaxın tibb müəssisəsini taparaq naviqasiya tətbiqləri ilə əlaqələndirin;
Tibbi arayışlar və digər sənədlər: Sağlamlıq haqqında arayışlarınızı, icbari tibbi sığorta şəhadətnamənizi və digər sənədlərinizi onlayn qaydada əldə edin.
Digər funksiyalar:
Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin qiymətləndirilməsi;
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə elektron müraciət;
Milli Peyvənd Təqvimi;
İcbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərin siyahısı;
Ən çox verilən suallar və s.
“e-Təbib” - sizin Şəfalı mobil tətbiqiniz!
İndi qeydiyyatdan keçin və təqdim olunan funksiyalardan yararlanın!
商店排名
商店排名基於Google和Apple設定的多個參數。
所有類別 在
美國--
健康與健身 在
美國--
建立帳戶即可查看平均每月下載次數聯絡我們
隨時間變化的 e-Tabib 排名統計
Similarweb 的使用排名和Apple App Storee-Tabib排名
排名
無可用數據
12月 8, 2025