- Home
- Analyses d’applications gratuites
- MD Reference
Analyse de l'application MD Reference pour le 28 décembre
MD Reference
- Uptodate In Medicine MMC
- App Store Apple
- Gratuit
- Médical
MD Reference mobil əlavəsinin əsas məqsədi tibbi yardımın keyfiyyətinin yüksəldilməsidir. Tibb elminin şaxələnməsi, tibbi biliklərin dərinləşməsi və yeni müasir texnologiyaların inkişafı praktik həkimlərin məsuliyyətini artırmaqla yanaşı, həm də onların fəaliyyətində bir sıra çətinliklər yaradır.
Müasir dünyada tibb elmi o dərəcədə inkişaf edib və o qədər məlumat və bilik toplanıb ki, bir həkim həmin informasiya axını şəraitində necə hərəkət etdiyini tam dərk etmir.
"MD Reference" mobil əlavəsi həkimlərin və digər tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, yeniliklərdən xəbərdar olması və praktik fəaliyyətdə yenilikləri rahat tətbiq etməsinə əhəmiyyətli dərəcədə kömək edəcəkdir.
Xidmət haqqı.
Qiymətləndirmə və ödəmə şərtləri ilə satın aldığınız və ya istifadə etdiyiniz MD Referans-dən istifadə üçün bütün ödənişləri (hər hansı bir həddi aşma haqları daxil olmaqla) ödəməyə razısınız. Fərdi hesab səhifənizdən seçdiyiniz abunə variantına uyğun olaraq hesabınız ödəniləcəkdir. Bu şərtlərdə qeyd edilmiş istisnalar və ya müvafiq qanunvericiliklə tələb olunmursa, sizin ödənişlər geri qaytarılmır.
Abunə və abunə haqqı.
MD Reference-dən istifadə abunə əsasında həyata keçirilir. Abunə müəyyən dövr üçün nəzərdə tutulur - "abunə dövrü" adlanır. Abunə dövrü seçildikdə, sizin hesabınızdan həmin abunə dövrünə uyğun ödəniş aparılır. Onlayn fərdi hesab səhifənizdən avtomatik yenilənmə xüsusiyyətini dayandırmasanız və ya ləğv etməsəniz və ya abunənin dayandırılması üçün müştəri dəstək xidmətimizlə əlaqə saxlamasınız, əvvəlki abunə dövrü bitdikdə, abunəniz eyni müddəti avtomatik uzadılır və ödəniş aparılır.
Avtomatik Abunə olma (abunəni yeniləmə) funksiyasını dayandıra bilərsiniz. Bu halda, abunəliyiniz əvvəlki hesablama dövrünün (və ya ödənilmiş abunə dövrü) sonuna qədər davam edəcəkdir.
Vergilər.
Başqa cür ifadə edilmədiyi təqdirdə, bütün vergilərə (Uptodate In Medicine MMC-nin gəlir vergisi istisna olmaqla) və Xidmətlərin göstərilməsinə aid bütün ödənişlərə, o cümlədən bütün əlaqəli cərimələr və faizlərə (bundan sonra "Vergilər" olaraq adlandırılacaq) daxildir. Xidməti almaq üçün abunə haqqını Uptodate In Medicine MMC-yə heç bir vergi güzəşt etmədən ödəməlisiniz. Uptodate in Medicine MMC müəyyən edilmiş bütün vergi və rüsumları dövlət büdcəsinə ödəyir.
Uptodate In Medicine MMC istənilən vaxt xidmətlərin qiymətlərində dəyişiklik edə bilər. Lakin, edilən dəyişikliklər növbəti abunəlik dövrünə şamil ediləcək. Uptodate In Medicine MMC dəyişikliklərin qüvvəyə minməsindən əvvəl istifadəçilərə yazılı bildiriş göndərir.
Başqa yerdə qeyd edilmədiyi təqdirdə, gecikmiş ödənişlərə görə əlavə tutulmalar (peniyalar) hesablanır. Abunə üzrə son ödəniş tarixindən 20 gün sonrakı müddətdə bütün ödənilməmiş hesablar ödənilməmiş hesab olunur. Ödənilməmiş, vaxtı keçmiş, habelə artıq ödənişlər abunənin (xidmətin) məhdudlaşdırılması, dayandırılması və ya ləğv edilməsi ilə nəticələnə bilər.
Əsas abunə.
Bütün abunəçilər şəxsi istifadəçi adı və şifrə ilə mobil telefonundakı MD Reference mobil tətbiqinə daxil olmaq imkanı əldə edir. MD Reference mobil tətbiqi pulsuz yüklənə bilər.
Hazırda 1 ay, 3 ay, 6 ay və 1 illik abunə şərtləri mövcuddur. Lakin, bütün istifadəçilərə ilk 3 aylıq ödənişsiz abunə hədiyyə verilir.
Həmin dövr bitdikdən sonra istifadəçilərə abunəni yuxarıdakı şərtlərlə uzatmaq təklif edilir. İstifadəçi abunəni istədiyi zaman dayandıra və ya uzatmaya bilər.
İstifadə qaydaları: https://mdreference.az/terms.html
Classement dans le store
Le classement des stores est basé sur plusieurs paramètres définis par Google et Apple.
Toutes les catégories dans
États-Unis--
Médical dans
États-Unis--
Créez un compte pour voir les téléchargements mensuels moyensContactez-nous
Statistiques de classement dans le temps pour MD Reference
Classement d'utilisation et classement Apple App Store de Similarweb pour MD Reference
Classement
Aucune donnée disponible
Ranking par pays pour MD Reference
Pays dans lesquels MD Reference est le mieux classé dans ses principales catégories
Aucune donnée à afficher
Principaux concurrents & apps alternatives
Applications ayant une forte probabilité d'être utilisées par les mêmes utilisateurs, à partir du même store.
Bates' Pocket Guide
Unbound Medicine, Inc.
Skyscape Medical Library
Skyscape Medpresso Inc
Pocket Pharmacist
Danike, Inc.
UpToDate
UpToDate
28écembre d, 2025