Now livetag icon
2026 Insights Advent Calendar: Eight reports, ready to unwrap.Explore nowbanner icon

Tuto.az: Ağıllı elan axtarışı のアプリ分析 11月22日

Tuto.az: Ağıllı elan axtarışı

Tuto.az: Ağıllı elan axtarışı

  • Khayal Baghishzada
  • Apple App ストア
  • 無料
  • ショッピング
Tuto.az ilə avtomobil, daşınmaz əmlak, elektronika və iş elanlarını bir yerdən axtarın, öz elanınızı isə bir neçə dəqiqəyə yerləşdirin. Axtardığınızı sadəcə yazın və ya deyin, qalanını Tuto sizin yerinizə edir. TUTO İLƏ SÖHBƏT EDİN Alt menyunun ortasındakı kürəyə toxunun və süni intellektli köməkçiyə sualınızı verin. "Təcili satılan avtomobillər, 20 000 manata qədər" və ya "Yasamalda tam əşyalı kirayə mənzil" yazın, Tuto uyğun elanları tapıb göstərsin. Sualınızı dəqiqləşdirin, nəticələri müqayisə edin, bazar qiymətlərini soruşun. Söhbətləriniz saxlanılır, istədiyiniz vaxt davam edə bilərsiniz. SƏSLƏ VƏ YAZARAQ AXTARIN "Bakıda 2 otaqlı, 80 min manata qədər" kimi bir cümlə yazmağınız kifayətdir. Tuto istəyinizi anlayır və uyğun elanları dərhal göstərir. İstəsəniz, səs ilə deyin. "124 kuza" və ya "F10 dizel" kimi gündəlik ifadələri də başa düşür. XÜSUSİ FİLTRLƏR Adi filtrlərdə olmayan istəklərinizi seçin: təcili satılan, otur sür, endirim olan, ilk sahibindən, tam əşyalı, kombili, metroya piyada, rəsmi zəmanətli, bağlı qutuda və onlarla başqası. Hər filtrin yanında uyğun elanların sayı görünür. Bu xüsusiyyətlər elanların üstündə nişan kimi də göstərilir, siyahıya bir baxışda fərqi görürsünüz. ELANINIZI YERLƏŞDİRİN Satmaq istədiyinizi birbaşa tətbiqdən elan edin. Kateqoriyanı seçin, şəkilləri əlavə edin, qiyməti və şəhəri yazın, addım-addım forma qalanında sizə yol göstərir. Yarımçıq qalan elan qaralama kimi avtomatik saxlanılır, istədiyiniz vaxt davam edə bilərsiniz. Göndərməzdən əvvəl elanınızın axtarışda necə görünəcəyinə baxın. ELANLARINIZI İDARƏ EDİN "Elanlarım" bölməsində bütün elanlarınızı status üzrə görün: aktiv, yoxlamada, müddəti bitmiş. Elanı redaktə edin, önə çəkin ki, siyahının başına qalxsın, və ya VIP edin ki, daha çox alıcıya görünsün. Hər elanın neçə dəfə göstərildiyini, neçə baxış və zəng aldığını izləyin. SALON, MAĞAZA, AGENTLİK VƏ ŞİRKƏT Biznesiniz üçün öz səhifənizi açın və elanlarınızı onun adından yerləşdirin: • Salon: avtosalonlar üçün. Bütün avtomobilləriniz bir vitrində. • Mağaza: elektronika və digər mallar satanlar üçün. • Agentlik: daşınmaz əmlak agentlikləri üçün. Mənzil, ev və torpaq elanlarınız agentliyinizin adı ilə görünür. • Şirkət: işəgötürənlər üçün. Vakansiyalarınızı şirkətinizin adından yerləşdirin. Alıcılar səhifənizdə loqonuzu, iş saatlarınızı, əlaqə məlumatlarınızı və bütün elanlarınızı bir yerdə görür. Elanlarınızda biznesinizin növü (Salon, Mağaza, Agentlik, Şirkət) ayrıca nişanla göstərilir. Hər növdən 3-ə qədər səhifə aça bilərsiniz. MESAJLAR Satıcı və alıcılarla birbaşa tətbiqdə yazışın. Şəkil göndərin, mesajınızın oxunduğunu görün. FÜRSƏTLƏRİ QAÇIRMAYIN Tuto hər elanın qiymətini bazar qiyməti ilə müqayisə edir. Bazardan ucuz olan elanlar "Fürsətlər" bölməsində toplanır, neçə faiz ucuz olduğu da görünür. Qiyməti tam dəyəri əks etdirməyən elanlar bu siyahıya düşmür. QİYMƏT DÜŞƏNDƏ XƏBƏR TUTUN Bəyəndiyiniz elanı saxlayın. Qiyməti düşən kimi bildiriş alırsınız. Elan səhifəsində qiymətin nə vaxt və nə qədər dəyişdiyini, bazar qiyməti ilə müqayisədə bir baxışda görürsünüz. BİR DƏFƏ AXTARIN, DAİM XƏBƏRDAR OLUN Axtarışınızı izləməyə əlavə edin. Şərtlərinizə uyğun yeni elan çıxan kimi Tuto sizə bildiriş göndərir, saytları təkrar-təkrar yoxlamağa ehtiyac qalmır. MÜQAYİSƏ EDİN Eyni kateqoriyadan 3 elanı yan-yana qoyun və fərqləri bir ekranda görün. Avtomobillər üçün süni intellekt məsləhəti də var: məqsədinizi seçin, hansının sizə daha uyğun olduğunu öyrənin. KƏŞF EDİN Elanları tam ekranda, story kimi vərəqləyin. Bir toxunuşla oxşar elanlara keçin, bəyəndiyinizi saxlayın. KATEQORİYALAR • Nəqliyyat: avtomobillər, motosikletlər və digər nəqliyyat vasitələri • Daşınmaz əmlak: mənzil, ev, torpaq, kirayə və satış • Elektronika: telefon, kompüter və digər texnika • İş elanları: vakansiyalar Tuto.az pulsuzdur. Axtarın, elanınızı yerləşdirin, qalanını Tuto izləsin.
Tuto.az: Ağıllı elan axtarışı

ストアランキング

ストアランキングは、GoogleとAppleが設定した複数のパラメータに基づいています。

業界別 ウェブサイトカテゴリーで
米国--
ショッピングで
米国--
アカウントを作成して平均月間ダウンロード数を見るお問い合わせはこちら

Tuto.az: Ağıllı elan axtarışı時間の経過に伴う ランキングの統計

Similarwebの使用ランクとTuto.az: Ağıllı elan axtarışı向けApple App ストアランク

ランキング

ご利用可能なデータがありません

Tuto.az: Ağıllı elan axtarışıの国別ランキング

メインカテゴリ Tuto.az: Ağıllı elan axtarışı で最もランクが高い郡


トップ競合他社と代替アプリ

同じストアから同じユーザーによって使用される可能性が高いアプリ。

UcuzTap: Elanlar və Mağazalar

UcuzTap: Elanlar və Mağazalar

PROTECH SOLUTIONS GROUP, MMC

TapSat.az

TapSat.az

CODESHIFT,MMC

indisat.az

indisat.az

Asim Abullazade

Evi.az Elan saytı

Evi.az Elan saytı

Bayram Bayramov

Tuto.az: Ağıllı elan axtarışı VS.

11月 22, 2026