11月1日 的 Dapti: Dərs, test, AI müəllim 應用程式分析
Dapti: Dərs, test, AI müəllim
- DAPTI, MMC
- Apple App Store
- 免費版
- 教育
Dapti 1-4-cü sinif şagirdləri üçündür. Riyaziyyat, Azərbaycan dili, ingilis dili və məntiq burada oyun oynayırmış kimi keçilir. Tapşırıqlar sinfin proqramına görədir.
Hər fənn bir xəritədir. Səviyyələr bir-bir açılır, düz cavablar ulduz və sikkə gətirir. Yanında narıncı ahtapot Dapti olur. Düz cavabda alqışlayır, səhv olanda ürək-dirək verir.
Səhv cavabdan sonra izah elə orada açılır və bir cəhd də verilir. Mövzu başa düşülməyibsə, AI Müəllim onu səslə və şəkillərlə yenidən danışır. Sualı yazmaq da olar, səslə soruşmaq da.
Valideyn üçün ən vacib hissə SMS hesabatdır. Tətbiqi açmadan görürsünüz: övladınız bu həftə neçə gün oxuyub, hansı mövzu yaxşı gedir, hansında ilişib qalıb. Hesabatın nə qədər tez-tez gəlməsini özünüz seçirsiniz. Hər gün, üç gündən bir, ya da həftədə bir dəfə.
Hər mövzunun sonunda qısa test var. Səhv edilən suallar bir neçə gün sonra yenidən çıxır ki, öyrənilən unudulmasın.
Gündəlik seriya qırılmasın deyə hər gün qayıtmaq istəyirsən. Qazanılan sikkə ilə Dapti-yə tac, eynək alınır. Ayın sonunda hər sinif üzrə ilk üç yer sertifikat alır.
Başlamaq üçün sinfi və fənni seçin. 8 suallıq qısa yoxlamadan sonra ilk hesabat elə o an hazır olur. Yeni fənlər əlavə olunduqca tətbiqdə özü görünür.
Bir fənn pulsuz sınaq üçün açıqdır. Dapti Pro bütün fənləri və AI Müəllimi açır.
Ödəniş App Store hesabınızdan alınır. Abunəlik cari dövr bitməzdən ən azı 24 saat əvvəl ləğv edilmədikdə avtomatik yenilənir. Abunəliyi App Store hesab ayarlarından idarə edə və ləğv edə bilərsiniz.
Dapti Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının rezidentidir.
Dəstək: support@dapti.az
İstifadə şərtləri (Terms of Use): https://dapti.az/terms-of-use/
Məxfilik siyasəti (Privacy Policy): https://dapti.az/privacy-policy/
商店排名
商店排名基於Google和Apple設定的多個參數。
所有類別 在
美國--
教育 在
美國--
建立帳戶即可查看平均每月下載次數聯絡我們
隨時間變化的 Dapti: Dərs, test, AI müəllim 排名統計
Similarweb 的使用排名和Apple App StoreDapti: Dərs, test, AI müəllim排名
排名
無可用數據
11月 1, 2026
