10月24日 的 Seaman.az - Dənizçi İmtahanı 應用程式分析
Seaman.az - Dənizçi İmtahanı
- Tural Eyvazli
- Apple App Store
- 免費版
- 教育
Seaman.az — dənizçilərin sertifikat, diplom və vəzifə imtahanlarına hazırlaşması üçün müstəqil rəqəmsal imtahan platformasıdır.
Dənizçi imtahanlarına sistemli hazırlaşın, dənizçilik üzrə sualları həll edin, nəticələrinizi analiz edin və zəif olduğunuz mövzuları müəyyənləşdirin.
MÜSTƏQİL PLATFORMADIR
Seaman.az müstəqil təhsil və imtahan hazırlığı platformasıdır.
Tətbiq Azərbaycan Respublikasının Dövlət Dəniz və Liman Agentliyini (DDLA) və ya hər hansı digər dövlət qurumunu təmsil etmir, həmin qurum tərəfindən idarə olunmur və DDLA ilə rəsmi əlaqəsi, tərəfdaşlığı və ya təsdiqi yoxdur.
Seaman.az dövlət xidməti göstərmir, rəsmi imtahan keçirmir və rəsmi sertifikatlaşdırma, diplomlaşdırma və ya lisenziyalaşdırma xidməti təqdim etmir.
DƏNİZÇİ İMTAHANLARINA HAZIRLIQ
Seaman.az dənizçilərin sertifikat, diplom və vəzifə imtahanlarına hazırlığını daha rahat və sistemli etmək üçün hazırlanıb.
Platformanın əsas imkanları:
• Sertifikat imtahanları — müxtəlif dənizçi sertifikatları üzrə hazırlıq suallarını həll edin.
• Diplom imtahanları — dənizçilik diplomları üzrə biliklərinizi yoxlayın.
• Vəzifə imtahanları — müxtəlif gəmi və dənizçilik vəzifələri üzrə hazırlaşın.
• Mövzu üzrə sınaqlar — seçdiyiniz mövzu üzrə ayrıca testlər həll edin.
• İmtahan formatında sınaqlar — vaxt məhdudiyyətli testlərlə özünüzü imtahan şəraitində sınayın.
• Geniş sual bazası — müxtəlif dənizçilik istiqamətləri üzrə hazırlıq suallarından istifadə edin.
• Nəticə analizi — düzgün, səhv və cavabsız suallarınızı izləyin.
• Zəif suallar üzrə hazırlıq — səhv etdiyiniz və cavablandırmadığınız sualları yenidən işləyin.
• İmtahana davam etmək — yarımçıq qalmış imtahana tətbiqə yenidən daxil olaraq davam edin.
• Vakansiyalar — dənizçilik sahəsində yerləşdirilən iş elanlarını izləyin.
TƏHSİL VƏ MƏLUMATLANDIRMA MƏQSƏDİ
Platformadakı materiallar təhsil və imtahana hazırlıq məqsədilə hazırlanır. Məzmun rəsmi imtahanı, dövlət xidmətini və ya dövlət qurumlarının təqdim etdiyi məlumatları əvəz etmir.
Rəsmi imtahanlar, sertifikatlaşdırma, diplomlaşdırma və digər prosedurlarla bağlı aktual məlumat üçün müvafiq dövlət qurumlarının rəsmi mənbələrinə müraciət edin.
RƏSMİ MƏLUMAT MƏNBƏLƏRİ
Dövlət Dəniz və Liman Agentliyi:
https://ddla.gov.az/
İmtahanlar:
https://ddla.gov.az/exams
Sertifikat və diplomlar:
https://ddla.gov.az/certdip
Xüsusi hazırlıq:
https://ddla.gov.az/special
Dənizçilər üçün məlumat:
https://ddla.gov.az/seafarer
Qeyd: Rəsmi qayda və məlumatlarda dəyişiklik ola bilər. Ən son məlumat üçün Dövlət Dəniz və Liman Agentliyinin rəsmi internet səhifəsinə müraciət edin.
Seaman.az — dənizçi imtahanlarına hazırlıq üçün müstəqil rəqəmsal platforma.
商店排名
商店排名基於Google和Apple設定的多個參數。
所有類別 在
美國--
教育 在
美國--
建立帳戶即可查看平均每月下載次數聯絡我們
隨時間變化的 Seaman.az - Dənizçi İmtahanı 排名統計
Similarweb 的使用排名和Apple App StoreSeaman.az - Dənizçi İmtahanı排名
排名
無可用數據
Seaman.az - Dənizçi İmtahanı按國家/地區排名
Seaman.az - Dənizçi İmtahanı 在其主要類別中排名最高的國家
無可顯示數據
10月 24, 2026
