10月27日 的 Büdcəm 應用程式分析
Büdcəm
- Agshin Hajizada
- Apple App Store
- 免費版
- 金融
Büdcəm — şəxsi maliyyənizi daha rahat idarə etmək üçün ağıllı büdcə tətbiqidir.
Kartla etdiyiniz ödənişlər bank bildirişlərindən avtomatik qeydə alınır. Nağd xərcləri isə bir neçə saniyəyə əl ilə, səsli əmrlə və ya qəbz skanı ilə əlavə edə bilərsiniz.
Gəlir və xərclərinizi izləyin, büdcə limitləri yaradın, maliyyə vəziyyətinizi analiz edin və pulunuzun hara getdiyini daha aydın görün.
AVTOMATİK XƏRCLƏRİN QEYDƏ ALINMASI
Kartla ödəniş etdikdə bank bildirişi gəlir və xərc avtomatik qeydə alınır. Nağd və digər xərclər üçün qəbzi kamera ilə skan edin, səsli əmrlə əlavə edin və ya bir neçə toxunuşla əl ilə qeyd edin.
AI ANALİZ
Büdcəm xərcləmə vərdişlərinizi, gəlir-xərc balansınızı və maliyyə tendensiyalarınızı analiz edir. Aylıq gəlir və xərclər, kateqoriyalar üzrə bölgü, xərcləmə tendensiyaları və qənaət imkanlarını bir baxışda görün.
AĞILLI BİLDİRİŞLƏR
Büdcəm vacib maliyyə dəyişikliklərində sizi xəbərdar edir: gündəlik limitə yaxınlaşdıqda, büdcə limitini keçdikdə, böyük və ya qeyri-adi xərc qeydə alındıqda.
AİLƏ BÜDCƏSİ
Ailə maliyyənizi bir yerdə idarə edin. Ailə üzvlərini əlavə edin, xərcləri kimin etdiyini görün və ümumi ailə büdcəsini vahid paneldən izləyin.
MALİYYƏ HƏDƏFLƏRİ
Özünüz üçün maliyyə hədəfləri yaradın və irəliləyişinizi izləyin: ehtiyat fondu, səyahət, avtomobil, ev, təhsil.
DİGƏR İMKANLAR
Kateqoriyalar üzrə büdcə limitləri, hesab və balans idarəsi, maliyyə hədəfləri, kredit və borc izləmə, abunəlik xərclərinin idarəsi, əməliyyat tarixçəsi, qəbz skanı, səsli xərc əlavə etmə, şəxsi və ailə büdcəsi rejimi.
ABUNƏLİK
Büdcəm Premium abunəliyi ilə bütün imkanlardan istifadə edə bilərsiniz.
• Aylıq plan: $1.99 / ay
• İllik plan: $17.99 / il
• Ailə aylıq: $2.99 / ay
• Ailə illik: $24.99 / il
Ödəniş təsdiq edildikdə Apple ID hesabınızdan tutulur. Abunəlik avtomatik yenilənir; cari dövr bitməmişdən ən azı 24 saat əvvəl ləğv edilməzsə, hesabınızdan növbəti dövr üçün ödəniş tutulacaq. Abunəliyi istənilən vaxt cihazınızın Ayarlar → Apple ID → Abunəliklər bölməsindən idarə edə və ya ləğv edə bilərsiniz.
İstifadə Şərtləri (EULA): https://www.apple.com/legal/internet-services/itunes/dev/stdeula/
Gizlilik Siyasəti: https://budcem.az/privacy.html
Büdcəm — pulunuzun hara getdiyini görmək, xərclərinizi nəzarətdə saxlamaq və maliyyənizi daha rahat idarə etmək üçün.
商店排名
商店排名基於Google和Apple設定的多個參數。
所有類別 在
美國--
金融 在
美國--
建立帳戶即可查看平均每月下載次數聯絡我們
隨時間變化的 Büdcəm 排名統計
Similarweb 的使用排名和Apple App StoreBüdcəm排名
排名
無可用數據
的頂級競爭對手和替代方案
來自同一應用商店,有很高可能被相同使用者使用的應用程式。
無可顯示數據
10月 27, 2026
