9月25日 的 TalabaPlus 應用程式分析
TalabaPlus
- Proxy Group
- Google Play 商店
- 免費版
- 生活方式
TələbəPlus tələbələrin təhsil və sosial həyatını daha əlçatan, rahat və imkanlı etmək məqsədilə yaradılmış genişmiqyaslı layihədir. Layihə Təhsilin İnkişafı Fondu, Kapital Bank və Visa şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir.
TələbəPlus vahid sistem üzərindən ölkə üzrə ali təhsil müəssisələrinin tələbələrini eyni güzəşt və üstünlüklərlə təmin edir. Layihənin əsas məqsədi tələbələrin maliyyə yükünü azaltmaq, onların gündəlik xərclərini daha sərfəli etmək və sosial rifahına töhfə verməkdir.
TələbəPlus kartı çoxfunksiyalı həll olaraq tələbələrə universitetə giriş-çıxış imkanı, təqaüd və debet bank kartı funksiyası, müxtəlif sahələr üzrə endirim və keşbek üstünlükləri təqdim edir.
Bu gün layihə 500-dən çox yerli və beynəlxalq tərəfdaşı bir araya gətirərək geniş güzəşt ekosistemi formalaşdırıb. Tədris müəssisələri, ictimai iaşə obyektləri, geyim və kitab mağazaları, tibb müəssisələri, əyləncə məkanları və digər xidmət sahələrində tələbələr üçün xüsusi imkanlar yaradılıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində muzey, qalereya və sərgi salonlarında da tələbələr üçün xüsusi güzəştlər tətbiq edilir. Eyni zamanda Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və Azərbaycan Nəşriyyatları Assosiasiyası ilə imzalanmış əməkdaşlıqlar layihənin əhatə dairəsini daha da genişləndirir.
Hazırda 30+ universitet üzrə 200 000-dən çox tələbə TələbəPlus kartından istifadə edir və layihə davamlı olaraq inkişaf etdirilir.
Tətbiq nə edir?
TələbəPlus tətbiqi kartın verdiyi üstünlükləri, tərəfdaş şirkətlərdəki tələbə endirimlərini və xüsusi kampaniyaları bir yerdə göstərir; əlavə olaraq tələbələr üçün təkliflər, tədbirlər və bonus imkanları təqdim edir.
- Yeniliklər və təkliflər — tərəfdaş şirkətlərdə tələbələrə özəl endirimləri kəşf edin.
- Tədbirlər — Tərəfdaşlar tərəfindən tələbələr üçün təşkil olunan tədbirlərdən xəbərdar olun və iştirakınızı QR ilə təsdiqləyin.
- Bonus ballar — tərəfdaş məkanlarda QR kodu oxudaraq və ya tədbirlərdə iştirak edərək bal qazanın.
- Bildirişlər — yeni təkliflər, tədbirlər və kampaniyalardan anında xəbər tutun.
Qeyd: Tətbiq bank kartı və ya ödəniş xidməti deyil. TələbəPlus kartı və bank əməliyyatları Kapital Bank tərəfindən təmin olunur; tətbiq yalnız kartın üstünlüklərini və endirimləri göstərir.
TalabaPlus 使用排名
基於 Similarweb 的算法,根據過去 28 天的安裝數和活躍用戶數進行計算。
所有類別 在
美國--
生活方式 在
美國--
每日活躍使用者
通過查看TalabaPlus 的下載量和每日活躍用戶數,分析 TalabaPlus 用戶的使用模式。
位使用者
通過查看TalabaPlus 的下載量和每日活躍用戶數,分析 TalabaPlus 用戶的使用模式。
解鎖每日活躍使用者7月8月9月
隨時間變化的 TalabaPlus 排名統計
Similarweb 的使用排名和Google Play 商店TalabaPlus排名
排名
無可用數據
用戶興趣和熱門類別
TalabaPlus用戶使用的熱門類別和應用程式
無可顯示數據
的頂級競爭對手和替代方案
來自同一應用商店,有很高可能被相同使用者使用的應用程式。
無可顯示數據
9月 25, 2026
