11月1日 的 Darman 應用程式分析
Darman
- Cavid Muradov
- Google Play 商店
- 免費版
- 健康與健身
Darman — ailənin sağlamlıq qeydlərini bir yerdə saxlayan tətbiqdir. Dərmanın vaxtını unutmamaq, uşağın peyvənd təqvimini izləmək, analizləri və həkim sənədlərini bir qovluqda saxlamaq üçün nəzərdə tutulub.
DƏRMAN QƏBULU
Dərmanın adını, dozasını, qəbul saatlarını və yeməklə əlaqəsini yazırsınız. Hər qəbuldan əvvəl xatırlatma gəlir, siz «içdim» və ya «ötürdüm» qeyd edirsiniz. Qəbul tarixçəsi qalır — kursu nə qədər davam etdirdiyinizi görürsünüz.
PEYVƏND TƏQVİMİ
Təqvim profilin doğum tarixinə görə hesablanır: hansı peyvənd vurulub, hansı gözlənilir, hansı gecikib. Çoxdozalı peyvəndlərdə neçə dozanın vurulduğu izlənir.
PROFİLAKTİK MÜAYİNƏLƏR
Yaşa və cinsə uyğun müayinə planı. Növbəti müayinənin vaxtı özü hesablanır və yaxınlaşanda xatırladılır.
AİLƏ PROFİLLƏRİ
Bir hesabda bir neçə profil: özünüz, uşağınız, valideyniniz. Hər profilin öz təqvimi, öz gündəliyi və öz tibbi kartı var. Uşaq profillərində boy və çəki qrafiki böyüməni göstərir.
SAĞLAMLIQ GÜNDƏLİYİ
Əhval, simptom, yemək və idman qeydləri. Qan təzyiqi və şəkər ölçmələri siyahı və qrafik kimi. Menstrual sikl və hamiləlik izləməsi.
TİBBİ SƏNƏDLƏR
Analiz nəticələri, diaqnozlar, müayinə qeydləri və sənəd surətləri profilə bağlanır — həkimə gedəndə hamısı telefonunuzdadır.
HƏKİMLƏ ƏLAQƏ
Həkiminizin referans kodu ilə hesabınızı ona bağlaya bilərsiniz. Həkim qeydlərinizi YALNIZ OXUYUR — heç nə əlavə edə, dəyişə və ya silə bilmir. Əlaqəni istədiyiniz vaxt kəsirsiniz.
ƏL İLƏ VƏ YA HEALTH CONNECT
Addım, yuxu, məşq, çəki, təzyiq və şəkər göstəricilərini əl ilə yaza, yaxud telefonunuzdakı sağlamlıq tətbiqindən oxuda bilərsiniz (Android-də Health Connect, iOS-da Apple Health). İnteqrasiya məcburi deyil, oxuma birtərəflidir — Darman sizin sağlamlıq tətbiqinizə heç nə yazmır. Əl ilə yazdığınız qeydlərin üzərinə yazılmır.
XATIRLATMALAR
Dərman, müayinə, peyvənd və checkup bildirişləri. Hər bildiriş tipini ayrıca söndürə bilərsiniz.
MƏXFİLİK
Sağlamlıq məlumatlarınız yalnız sizə və sizin öz seçdiyiniz həkimə görünür. Data reklam və marketinq üçün istifadə olunmur, satılmır. Hesabınızı silsəniz qeydləriniz də silinir.
Məxfilik siyasəti: https://getdarman.com/mexfilik-siyaseti/
QEYD
Darman diaqnoz qoymur və həkim müayinəsini əvəz etmir. Tətbiqdəki təqvim və planlar məlumatlandırıcı xarakter daşıyır — müalicə ilə bağlı qərarları həkiminizlə birlikdə verin.
Darman 使用排名
基於 Similarweb 的算法,根據過去 28 天的安裝數和活躍用戶數進行計算。
所有類別 在
美國--
健康與健身 在
美國--
每日活躍使用者
通過查看Darman 的下載量和每日活躍用戶數,分析 Darman 用戶的使用模式。
位使用者
通過查看Darman 的下載量和每日活躍用戶數,分析 Darman 用戶的使用模式。
解鎖每日活躍使用者9月10月11月
隨時間變化的 Darman 排名統計
Similarweb 的使用排名和Google Play 商店Darman排名
排名
無可用數據
用戶興趣和熱門類別
Darman用戶使用的熱門類別和應用程式
無可顯示數據
的頂級競爭對手和替代方案
來自同一應用商店,有很高可能被相同使用者使用的應用程式。
無可顯示數據
11月 1, 2026
