Mentiqim 앱 분석 (11월 19일)
Mentiqim
- Asim Seferli
- Apple App Store
- 무료
- 교육
Məntiqim — məntiq və informatika imtahanlarına daha ağıllı hazırlaş.
Bakalavr, magistratura, dövlət qulluğu və səfərbərlik imtahanlarının məntiq hissəsinə, eləcə də informatikaya interaktiv hazırlıq tətbiqi. Qısa dərslər, müxtəlif tipli suallar və izahlı cavablarla hər gün bir az irəlilə.
YENİ: İnformatika
Say sistemlərindən başlayan informatika dərsləri əlavə olundu. Hər dərs nəzəriyyə, vizual nümunə və öyrəndiyini yoxlayan interaktiv suallardan ibarətdir.
- Modul-modul öyrən
Məntiq və informatika mövzularını addım-addım öyrən. Modul xəritəsində irəliləyişini gör və növbəti dərsə keç.
- Müxtəlif tipli məntiq sualları
Şifrələr, ardıcıllıqlar, sıranın pozulması, rəqəm birləşdirmə və digər tapşırıqlar üzrə suallar həll et. Hər cavabdan sonra düzgün cavabı və izahını görərək səhvlərindən öyrən.
- Sənə uyğun plan
İmtahan növünü, səviyyəni və gündəlik hədəfini seç, Məntiqim sənə uyğun başlanğıc planı qursun. Gündəlik xatırlatma ilə ritmini itirmə.
- Özünü sına
İstədiyin modul və alt-modulları seçərək sərbəst sınaq yarat. Asan, orta və çətin səviyyəli suallarla biliklərini yoxla.
- XP və Streak qazan
Düzgün cavablarla XP topla, gündəlik streak-ini qoru və hazırlıq prosesini daha motivasiyalı et.
- Liderlik cədvəlində yarış
Nəticələrini digər istifadəçilərlə müqayisə et və liderlik cədvəlində daha yüksək mövqeyə qalx.
- Otaqlar: dostlarınla yarış
Öz otağını yarat və ya kodla dostunun otağına qoşul. Hər həftə kimin daha çox XP topladığını birlikdə izləyin.
- Dostunu dəvət et
Dəvət kodunu paylaş: hər dəvət etdiyin dost üçün 10 can, 10 dost üçün 1 ay pulsuz Premium qazan.
- Ağıllı sual sistemi
Sual sistemi müxtəlif məntiq pattern-ləri əsasında yeni suallar təqdim edir. Bəzi suallar deterministik generatorlarla, digərləri isə süni intellekt texnologiyası ilə yaradılır.
- İrəliləyişini izlə
XP, streak, canlar və modul irəliləyişini profilindən izləyərək hazırlıqda nə qədər irəlilədiyini gör.
Premium
Premium abunə ilə bütün bölmə və modullar açılır. Abunəlik App Store hesabından idarə olunur və istənilən vaxt ləğv edilə bilər.
Məntiqim ilə imtahan hazırlığını daha sistemli, interaktiv və əyləncəli et.
Hazırlaş. Həll et. İnkişaf et.
İstifadə Şərtləri (EULA): https://www.apple.com/legal/internet-services/itunes/dev/stdeula/
스토어 순위
스토어 순위는 Google과 Apple이 설정한 여러 매개변수를 기반으로 합니다.
모든 카테고리 ·
미국--
교육 ·
미국--
월평균 다운로드를 확인하려면 계정을 만드세요문의하기
Mentiqim 순위 통계 추이
Mentiqim의 Similarweb 사용량 순위 및 Apple App Store 순위
순위
데이터가 없습니다
11월 19, 2026