11月20日的Səfər - sefer.az应用程序分析
Səfər - sefer.az
- 5050 LLC
- Google Play 商店
- 免费
- 旅行与本地
Səfər — Azərbaycanın şəhərlərarası səfər tətbiqidir. Bakıdan rayonlara, rayondan
rayona gedən sürücülərlə sərnişinləri bir yerə gətirir.
FƏRQİ NƏDİR
Oturacağınızı ÖZÜNÜZ seçirsiniz. Səfər tətbiqində yer xəritəsi var: hansı
oturacağın boş olduğunu görürsünüz və istədiyinizi seçirsiniz — ön oturacaq,
arxa pəncərə kənarı, fərqi yoxdur.
Qonşunuzun kişi və ya qadın olduğu yer xəritəsində göstərilir. Xanım sərnişin
kimin yanında oturacağını əvvəlcədən bilir. Adlar göstərilmir — yalnız cins.
Hər oturacağın öz qiyməti var. Qiyməti sürücü təyin edir və elanda
göstərildiyindən artıq ala bilmir. Sizsə öz qiymətinizi təklif edə
bilərsiniz — sürücü razılaşsa, yeriniz həmin qiymətə açılır.
SƏRNİŞİN ÜÇÜN
• Şəhər, tarix və yer sayı ilə axtarış
• Yer xəritəsindən konkret oturacağın seçilməsi
• Öz qiymətinizi təklif etmək imkanı
• Sürücünün ulduzu, yaşı, təcrübəsi və sərnişin rəyləri
• Maşının şəkilləri, markası, rəngi və nömrəsi
• Siqaretsiz maşın süzgəci
• Görüş nöqtəsi xəritədə
• Səfər başlayanda sürücünün canlı yeri
• Yaxınınıza təhlükəsizlik linki: harada olduğunuzu görür, tətbiq tələb etmir
• Tətbiqdaxili zəng — nömrənizi verməyə ehtiyac yoxdur
SÜRÜCÜ ÜÇÜN
• Bir neçə toxunuşla elan: marşrut, vaxt, hər yerin qiyməti
• Yol üstündəki şəhərlər üçün ayrıca qiymət
• Yol kənarından götürdüyünüz sərnişin üçün əl ilə yer bağlama
• Təkrarlanan səfərlər: hər gün və ya seçilmiş günlər
• Geri qayıdış səfərinin bir toxunuşla hazırlanması
• Qapıdan götürmə: ünvanlar, sıra və vaxt avtomatik hesablanır
• Bağlama daşınması — çəkiyə görə qiymət
• Sərnişinlərinizin yeri xəritədə
BAĞLAMA
Bağlamanı sürücü ilə göndərin. Alıcıya SMS ilə 4 rəqəmli təhvil kodu gedir —
qapıda onu deyir və bağlamasını alır. Bağlamanın harada olduğunu həm göndərən,
həm alıcı tətbiqdə xəritədə izləyir; izləmə səfər bitəndə bağlanır.
ÖDƏNİŞ
Yol haqqı sürücüyə nağd verilir. Buraxılış dövründə rezervasiya üçün heç bir
ödəniş alınmır.
Səfər daşıma xidməti göstərmir — sürücü ilə sərnişini bir araya gətirən elan
platformasıdır. Daşıma müqaviləsi birbaşa sürücü ilə sərnişin arasındadır.
İstifadə qaydaları: https://sefer.az/terms
Məxfilik siyasəti: https://sefer.az/privacy
Səfər - sefer.az 使用排名
使用率排名基于 Similarweb 的算法,该算法会计算 28 天内的当前安装量和活跃用户数。
所有品类在
美国--
旅行与本地在
美国--
每日活跃用户数量
查看Səfər - sefer.az动态下载量和日常活跃用户,以便分析Səfər - sefer.az用户的使用模式
用户
查看Səfər - sefer.az动态下载量和日常活跃用户,以便分析Səfər - sefer.az用户的使用模式
解锁每日活跃用户数9月10月11月
动态Səfər - sefer.az排名统计
Səfər - sefer.az的 Similarweb 使用排名和Google Play 商店排名
排名
没有可用的数据
Səfər - sefer.az按国家/地区排名
Səfər - sefer.az在主要类别中排名最高的县
无数据可显示
用户兴趣点和热门类别
Səfər - sefer.az 用户使用的热门类别和应用程序
无数据可显示
顶级竞争对手和替代应用程序
同一商店内很有可能被同一批用户使用的应用程序。
无数据可显示
十一月 20, 2026
